Xəbərlər

Mədə-bağırsaq sistemi xəstəlikləri

Avrasiya klinikasında mədə-bağırsaq sistemi xəstəliklərinin kompleks müayinəsi və müalicəsi aparılır. Bunun üçün klinikada çox geniş laborator-diaqnostik baza mövcuddur:

  • Mədə-bağırsaq traktının endoskopik müayinəsi
  • Rentgenoskopiya və rentgenoqrafiya
  • Qarın boşluğu orqanlarının USM-i
  • Qarın boşluğu damarlarının doppleroqrafiyası
  • Mədə, 12-barmaq, nazik və yoğun bağırsaq bioptatlarının morfoloji müayinəsi
  • Müxtəlif infeksiyaların seroloji diaqnostikası (İFA və immunohemilüminessensiya metodu ilə)
  • B və C hepatitlərinin PZR diaqnostikası aparılır. Bu, virusların nəinki keyfiyyət təyini, eyni zamanda qanda virus yüklənməsi də təyin edilir. C hepatitinin genotipinin təyin olunması da müalicənin düzgün aparılması üçün çox vacibdir
  • İmmunoloji, biokimyəvi, hormonal müayinələr
  • Koproloji müayinə (nəcisin əkilməsi, antibiotiklərə həssaslığının təyini, disbakterioz).