Xəbərlər
Burunumuzun ideal formasi necə olmalıdır?
Rinoplastika yəni burun estetik əməliyyatının icra olunduğu ilk zamanlardan günümüzə sadəcə tətbiq edilən əməliyyat texnikaları və istifadə olunan alətlərdəki dəyişiklik deyil,eyni zamanda estetik, gözəllik anlayışında da fərqliliklər görülməkdədir. Misal üçün əvvəlki illərdə estetik burun əməliyyatı olanlar burun formalarının burun ucunun daha qalxıq, sivri daha kiçik və əməliyyat olunduğunu daha fərq edilməsini istəyirdilərsə, günümüzdə modern rinoplastika anlayışında daha təbii və əməliyyat olunduğunun fərq edilməməsinə üstünlük verilir. Cünki təbii görünüm gözəldir.
Rinoplasty əməliyyatı ilə məşğul olan biz həkimlər də estetik burun əməliyyati edəcəyimiz xəstələrlə ətraflı söhbətlər edib bir plan tərtib edirik. Bu söhbətlərimizdə xəstəni öncə müayinə edir, xəstənin üz xətləri ilə mütənasib təbii və ideal forma xaricində burun içində nəfəs almasını əngəlləyən nə kimi problemlərin olub olmadığını aşkarlamağa çalışırıq. Çünki rinoplastika əməliyyatında məqsədimiz sadəcə gorunüşü düzəltmək deyil, eyni zamanda burunun rahat nəfəs almasını təmin etməkdir. Bu əsnada xəstə bizdən nə istəyir, xəstənin arzuladığı burun şəkli nədir kimi məsələləri müzakirə edirik.
Bəzən xəstələr mümkün olmayacaq bir şey istəyə bilərlər. Misal üçün bəyəndikləri bir tanış və ya hansısa məşhurun şəklini göstərib, bu burundan istəyirik deyə bilərlər. Bu gerçəkləşməsi mümkün olmayan istəkdir, çünki hərkəsin dəri quruluşu, qığırdaq quruluşu, dərisi, dodaqları və digər üz cizgiləri fərqlidir. Məqsədimiz xəstəni başqa birinə bənzətmək deyil, xəstəyə burununun üzünü tamamlayacaq bir burun forması bəxş etməkdir.
Bir daha qeyd etmək istəyirəm ki, əvvəlki illərdə seçim edilən kiçik və çox qalxıq bir görünüm yerinə daha təbii və əməliyyat olduğu bilinməyən, üz cizgilərini tamamlayan, yaxşı nəfəs alan bir burun seçim edilməlidir. Modern rinoplastikada bir qanun var - Bir insanın üzünə baxan zaman burun diqqət mərkəzində olursa, burun ANORMALDIR…! əgər gözlər diqqət çəkirsə burun NORMALDIR.