Xəbərlər
LOR xəstəliklərinin diaqnostikası
Diaqnostika pasientin ilk müraciəti zamanı aparılır. Bunun üçün endoskopik, ultrasəs və laborator üsullar istifadə olunur. Klinikanın LOR şöbəsində tam spektr üzrə LOR xəstəliklərinin diaqnostikası və müalicəsi aparılır.
Əsas LOR xəstəliklər: (Ağız boşluğu, burun, udlaq və qırtlağın kəskin və xroniki iltihabı xəstəlikləri)
- Haymorit
- Adenoidlər
- Rinit
- Xroniki tonzillit
- Otit
- Faringit
- Laringit
- Sinusit
- Allergik rinit, pollinoz
- Burun qanaxmaları
- Qəfil karlaşma
LOR xəstəliklərinin müalicəsi
- Burun poliplərinin, adenoidlərin, burun və boğazın başqa əmələgəlmələrinin aradan götürülməsi
- Radiodalğa ilə xorultudan azad olma (bir seansa)
- Apnoe və onun müalicəsi
- Burun arakəsməsinin təzə zədələnmədən sonrakı bərpası (düzləndirilməsi)
Müalicə konservativ və cərrahi (göstəriş olarsa) aparılır. Müalicə zamanı radiodalğalı və lazer avadanlığı istifadə olunur ki, bu da tez, ağrısız və hospitalizasiyasız problemin həll olunmasına imkan verir.