Xəbərlər
Varikosel müalicəsi - mikrocərrahiyyə
Son illlərdə mikrocərrahiyə varikoselin ən səmərəli, təhlükəsiz və maksimal ağrisiz müalicə metodu olaraq dünyanın inkişaf etmiş ölkələrində qızıl standart olaraq tətbiq edilməkdədir. Əməliyyatin üstün cəhəti əməliyyat müddətinin qısa olması, əməliyyat sahəsinin cox kiçik olmasi (2 sm), residiv (yenidən yaranma) riskinin 1%-ə dək olması (digər üsullarla müalicə zamanı residiv 17-20%-dir) hospitalizasiyaya ehtiyac olmamasi və xəstələrin çox qısa vaxt ərzində öz işlərinə dönmələridir. Pasient əməliyatdan sonra klinikani elə həmin gün tərk edə bilir.