Xəbərlər
Ginekologiya
Avrasiya klinikasının Ginekologiya şöbəsində müxtəlif ginekoloji və uroginekoloji xəstəliklərin müayinə və müalicəsi yüksək ixtisaslı həkimlər tərəfindən uğurla aparılır. Hamiləliyin planlanması və hamiləliyə hazırlıq, hamilələrin dinamik müayinəsi və bu dövrun xəstəliklərinin müayinə və müalicəsi həyata keçirilir. Kontrasepsiya , hamiləlikdən qorunma haqqında məsləhətlər verilir. Təcrübəli həkim-ginekoloqlar tərəfindən hər pasientə fərdi yanaşılma ilə bütün növ ginekoloji xəstəliklərin müayinə və müalicəsi aparılır.
Cinsi yolla yoluxan infeksiyaların müalicəsi:
- Xlamidioz
- Genital herpes
- Qonoreya (süzənək və ya tripper xəstəliyi)
- Trixomonaz
- Kandidozlar
- Ureaplazmoz-Mikoplazmoz
- Sitomeqalovirus
- Papilloma virusu
Iltihabi xəstəliklər:
- Endometrit
- Salpingit
- Ooforit
- Kolpit (vaginit)
- Servisit
- Bartolinit
- Vulvit
Uşaqlıq boynunun patologiyaları:
- Uşaqlıq boynunun eroziyası
- Usaqlıq boynunun polipi
- Endometrioz
- Neyroendokrin ginekoloji xəstəliklər:
- Alqodismenoreya (ağrılı aybaşı)
- Menstrual tsikl pozğunluqları
- Endometrioz
- Yumurtalıqların polikistozu
- Hiperprolaktinemiya
- Adrenogenital sindrom
- Sonsuzluq
Menopauza:
- Klimakterik sindrom (menopauza)
- Osteoparoz
Kontrasepsiya və ailə planlaması:
- Kontrasepsiya növünün seçilməsi
- Uşaqlıq daxilinə spiral qoyulması və çıxarılması
Ginekoloji kabinetdə həyata keçirilir:ginekoloq konsultasiyası
- kolposkopiya
- usaqlıq daxilinə spiral qoyulması
- uşaqlıq daxili spiralın çıxarılması
- polipektomiya
- uşaqlıq boynu eroziyasının lazerlə müalicəsi
- kondilomaların elektrokoaqulyasiyası
- uşaqlıq yoluna müalicəvi tamponların qoyulması
- hamiləliyin təyini
- hamilələrin dinamiki müayinəsi
Şöbədə dəqiq diaqnostika üçün aşağıdakı müayinə üsullarindan istifadə olunur:
- kolposkopiya
- USM müayinəsi
- histerosalpinqoqrafiya – uşaqlıq borularının keçiriciliyinin rentgen müayinə vasitəsilə yoxlanılması
- KT (kompyuter tomoqrafiya)
- laborator müayinələr ( bütün hormonların və infeksiyaların təyini)