Xəbərlər

Sağlam övlad sahibi olmaq yeni ailə həyati quran bütün cütlüklərin arzusudur

Evlilik muddətindən muəyyən muddət sonra hamiləlik baş tutmadiqda hər iki tərəf narahatliq hissi kecirməyə başlayır.Bəzən bu narahatlıq əsassiz hesab olunur.Hamilələiyin baş tutub-tutmamasi əsasən,qadin və kişinin yaş araliğina və sağlamliq dərəcəsindən asili olur.

Beləliklə, aşağıda yeni aile qurmuw və övlad arzusunda olan cutlukləri maraqlandiran əsas sualları cavabları ilə birlikdə sizə təqdim edirik:

Ailə qurulduqdan neçə müddət sonra (hamiləlik baş tutmadığı halda) artıq həkimlərə müraciət etmək lazımdır?

1. Tibbi statistikaya əsasən, sağlam ailə cütlüklərində hamiləlik ailə qurulduqdan sonra ilk 3 ay ərzində, 60% cütlüklərdə növbəti 7 ay ərzində, qalan 10-12% cütlüklərdə - 11-12-ci aylarda baş tutur. Beləliklə, yalnız 1 ildən sonra ailə cütlüyü sonsuzluqla bağlı həkimə müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir.

Lakin burada söhbət cavan ailə cütlüklərindən gedir (30 yaşına kimi). Qadının yaşı 30-dan çoxdursa və hamiləlik 6 ay ərzində baş tutmayıbsa, bu müddət bitdikdən sonra həkimə müraciət etmək lazımdır. Qadının yaşı 40-dan çoxdursa, gözləmə müddəti 3 aya kimi qısalır.

2. Əgər ailə həyatı qurduqdan əvvəl qadında menstrual dövr müntəzəm olmayıbsa (menstruasiyalar müxtəlif fasilələrlə başlayırdı, 1-2 ay ərzində menstruasiyalar olmurdu və s.), bu halda hamiləliyi gözləmək lazım deyil. Menstruasiyaların qeyri-müntəzəm olması qadının reproduktiv sağlamlığında olan problemlərin əlamətidir.

3. Əgər kişi keçmişdə xayalıq nahiyəsinə ciddi travma (zərbə və s.) alıbsa, parotit ("svinka") keçiribsə, kimyəvi terapiyadan keçibsə, bu halda da hamiləliyi gözləmək lazım deyil. Kişi spermoqramma verməlidir və uroloqa (və ya androloqa) müraciət etməlidir.

4. Hamiləliyin ehtimalı o halda böyük olur ki, ailə cütlüyündə cinsi əlaqələr müntəzəm xarakter daşıyır. Bu o deməkdir ki, 1 həftə ərzində 3-4 cinsi akt olmalıdır. Cinsi əlaqələr müntəzəm olmadıqda, hamiləliyin baş tutması ehtimalı azalır.

Beləliklə, əgər cütlüyün cinsi həyatında ciddi problemlər varsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Hansı həkimlərə müraciət etmək lazımdır?

Qadın ginekoloqa, kişi isə androloqa (və ya uroloqa) müraciət etməlidir.