Xəbərlər

Prof. Dr. Ata Kırılmaz 16-18 aprel tarixlərində Avrasiya Klinikasında

Kardioloji Uzmanı Elektrofizioloq Prof. Dr. Ata Kırılmaz 16-18 aprel tarixlərində Avrasiya Klinikasında ürək-damar problemlərinin müayinə və müalicəsi, ürəkdə aritmoloji problemlərin invaziv yolla müalicəsini həyata keçirəcək. Prof. Dr. Ata Kırılmazın qəbuluna qeyd olunmaq üçün (+99412) 563 00 24 / 25,(+99455) 979 01 00 nömrələri ilə əlaqə saxlamanız rica olunur.

Prof.Dr. Ata Kırılmaz haqqında

Ata Kırılmaz 1964-cü ildə Türkiyədə anadan olmuşdur.

Təhsili:

1989-cu ildə "GATA Askeri Tıp fakültesi" nin məzunu olmuşdur. 1996-cı ildə Kardiologiya üzrə Uzmanlığı bitirdikdən sonra 1997-1999-cu illər arası ABŞ-ın Case Western Reserve universitetində Kardiyak Elektrofiziologiya təhsilini alaraq Elektrofizioloq olmuşdur. 2004-cü ildə Kardiologiya üzrə dosent , 2010-cu ildə Istanbul Gülhane Askeri Tıp Akademisi Kardiologiya bölümündən Professorluq almışdır.