Xəbərlər

Nevrologiya

Nevrologiya mərkəzi və periferik sinir sisteminin xəstəlikləri ilə məşğul olan kliniki tibbi sahədir. Insan yaşlandıqca onun nevroloji xəstəliklərə tutulma ehtimalı artır, lakin müasir gənclər də sinir sistemi xəstəliklərinə kifayət qədər tez-tez məruz qalır. Xüsusilə yol-nəqliyyat qəzaları hesabına artan travmaları qeyd etmək olar. Nevroloji xəstəliklərə nevritlər, polimiozitlər, işemik və hemorragik insultlar, və insult nəticəsində baş verən ifliclər, miqren, osteoxondrozlar, epilepsiya, Alsheimer xəstəliyi, qocalıq ağılzəifliyi, posttravmatik hallar radikulutlər kimi çox yayilmış xəstəliklər aiddir ki, demək olar ki, hər bir insan bunlardan hansısa birindən əziyyət çəkir. Avrasiya klinikasında təcrübəli nevrapotoloqlar, həmçinin uşaq nevrapotoloqları sizə bu xəstəliklərə qarşı kompleks müalicə, eyni zamanda profilaktik müayinə proqlamları təklif edir. Unutmayın ki, vaxtında aparılmış profilaktik müayinə, müalicə, lazım olarsa həyat tərzinin dəyişməsi, zərərli adətlərdən imtina kimi tədbirlərlə ölüm və əlilliklə nəticələnən işemik insultun qarşısını almaq mümkündür.