Xəbərlər

4D USM (Ultrasəs müayinəsi)

Mamalıq və ginekologiya sahəsində yüksək keyfiyyətli görüntü və məlumat əldə etməyə imkan verən müasir 4D rejimli VOLUSON -730 aparatı ultrasəs sahəsində mükəmməl bir texnologiyadır. 4D rejimli ultrasəs müayinəsi dölün həcmli təsvirini hərəkət zamanı verir. Digər ultrasəs müayinələrindən üstünlüyü ondadır ki, ana bətnində olan dölü 4 ölçülü fəzada, yəni hərtərəfli müşahidə etmək imkanı verir.Bu metodla bətndaxili inkişaf qüsurları vaxtında aşkarlanır.
Ultrasəs müayinəsində dəqiq görüntü əsas meyarlardan biridir. Logic P6 vasitəsilə mükəmməl görüntü əldə edilir ki, bu da mütəxəssisə dəqiq və erkən diaqnozun qoyulmasında geniş imkan yaradır. Logic P6 aparatı vasitəsilə qarın boşluğu orqanlarının (qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq), kiçik çanaq orqanlarının (uşaqlıq, yumurtalıqlar, sidik kisəsi, prostat vəzi və s.) müayinəsi aparılır.

Klinikamızda aşağıdakı orqan və toxumaların USM-I həyata keçirilir:
• Qarın boşluğu orqanları(qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq,böyrəklər)
• Qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulometriya (transabdominal və transvaginal), süd vəziləri
• Kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal və transrektal), xayaların USM-i
• Qalxanabənzər,böyrəküstü vəzilər, ağız suyu vəziləri
• Limfa düyünləri, yumşaq toxumalar
• Dölün USM-i
• Hamiləlik(4D USM-i)
Doppleroqrafiya
Doppleroqrafiya qan axarlığını və damarların vəziyyətini qiymətləndirən müayinədir, qan-damar sisteminin müxtəlif hissələrində qan dövranının vəziyyəti barəsində məlumat verir,beyin damarları,yuxarı ve aşağı ətraf damarları,qarın boşluğu orqanları damarlarında yaranmış pozğunluqları aşkar edir və dəqiq diaqnostikanın yaradılmasına imkan yaradır. Doppleroqrafiya hamiləlikdə xüsusi əhəmiyyətə malikdir. Doppler zamanı ana ilə döl arasındakı qan dövranı öyrənilir,döldə olan ürək qüsurları vaxtında aşkar edilir Avrasiya klinikasi aşağıdakı doppler müayinələrini sizlərə təklif edir:
• Yuxu arteriyalarının, vertebral arteriyaların, qarın aortası və onun şaxələri, yuxarı və aşağı ətraf arteriyaları və venalarının doppleroqrafiyası
• Qarın boşluğu və kiçik çanaq orqanlarının doppleroqrafiyası
• Dölün qan dövranı sisteminin və plasentanın doppleroqrafiyası