Xəbərlər

Revmatizm

Revmatizm ürək-damar sistemini, oynaqlari və bəzi digər orqanları zədələyən infeksion-allergik xəstəlikdir. Adətən, uşaq tərəfindən keçirilmiş streptokok infeksiyasi (əksər hallarda angina- badamciqlarin iltihabi) nəticəsində əmələ gəlir. Bədənin soyuqlamasi və uşağın immunitetinin zəifləməsi də xəstəliyin inkişaf etməsində böyük rol oynayir.

Xəstəlik keçirilmiş anginadan 2-3 həftə sonra kəskin şəkildə başlayir. Xəstəliyin ilk əlamətləri yorğunluq, hərarətin qalxmasi, oynaqlarin (daha çox diz, topuq və bilək oynaqlarinin) ağrili və şişkin olmasidir. Revmatizm əleyhinə preparatlar qəbul edildikdən sonra bu simptomlar tezliklə aradan qalxir. Kəskin revmatizmin təhlükəliliyi ondadir ki, bu zaman ürək əzələlərinin iltihabi-miokardit inkişaf edir. Uşaqlar ürək döyüntüsü, təngnəfəslik, ağrılardan şikayət edirlər.

Xəstəlik ağirlaşma ilə davam edərsə, endokardit (ürəyin daxili qişasının iltihabi) inkişaf edə bilər ki, bu da son nəticədə uşaqlarda qazanılmış ürək qüsuruna səbəb ola bilər. Revmatizm-kəskinləşmə (xəstəliyin hücumları, yəni tutmalari ) və sakitlik dövrlərinin növbələşməsindən ibarət olan xroniki xəstəlikdir. Hər yeni hücum zamanı ürək daha dərindən zədələnir və sonda qazanılma ürək qüsuru formalaşa bilər.

Beləliklə, revmatizm təhlükəli xəstəlik olub, ağırlaşmaları ilə çox qorxulu hesab edilir. Tez-tez angina ilə xəstələnən uşaqlar mütəmadi olaraq kardioloq revmotoloqun nəzarəti altinda ol malıdırlar (ürək qüsurları şəklində fəsadlaşma olmamasi ucun). Revmatizm xəstəliyinin müalicəsinin əsas məqsədi təzə revmatizm hücumlarının qarşısını almaqdır. Revmatizm xəstəliyinin profilaktikası (xüsusən ailələrində revmatizm xəstələri olanlarda) çox zəruridir. Bunun üçün uşaqların immunitetini yüksəltmək (immunostimulyatorlar, vitamin kompleksləri, müalicəvi bədən tərbiyəsi, bədənin möhkəmləndirilməsi və s.) lazımdır.

Belə uşaqları, soyuqdəymədən, ağır fiziki gərginlikdən qorumaq ,orqanizmdə daimi infeksiya ocaqları-karioz dişləri, xroniki tonzilliti (anginanı) müalicə etmək lazimdir. Tez-tez keçirilən angina (ildə 1 dəfədən artıq) revmatizmə aparan birbaşa yoldur. Uşaqlarda xroniki tonzillitlərin müalicəsini aparmaq, onlarin orqanizmini möhkəmləndirmək (fizioterapevtik müalicələrin aparılması ,immunomodulyatorlardan istifadə edilməsi ,soyuq yeməklərin və içkilərin qəbul edilməsinə qadağa qoyulması və s.) lazimdir.

Əgər profilaktik və müalicəvi tədbirlər görməyinizə baxmayaraq uşaq yenə də ildə 3-4 dəfə angina ilə xəstələnirsə, mütləq badamciqlarin kəsilməsi barədə pediatr (uşaq həkimi) və LOR (qulaq burun boğaz) həkimi ilə məsləhətləşin.