Xəbərlər

Funksional endoskopik sinus cərrahiyyəsi (FESC)

Müasir tibbdə endoskopik cərrahiyyə burun-boğaz-qulaq xəstəliklərinin diaqnostika və müalicəsi imkanlarını son dərəcə təkmilləşdirib.Xroniki sinus xəstəlikləri yayılmasına görə burun-boğaz-qulaq xəstəliklərinin arasında xüsusi yer tutur. Xroniki sinusitdən əziyyət çəkən şəxslər çəkdikləri əziyyətlərdən dolayı həkimə tez-tez müraciət edir, şikayətlərini bildirirlər. Burun axıntısı və tıxanıqlığı, habelə başağrısı ən çox müşahidəedilən şikayətlərdir.Müasir tibbdə burun-qulaq-boğaz sahəsində də son dərəcə qabaqcıl texnologiyaların tətbiqi xəstəliklərin müalicəsini olduqca asanlaşdırıb və müalicə taktikasını sadələşdirib.

Funksional Endoskopik Sinüs Cərrahisiyyəsi (FESC) günümüzdə xroniki sinus iltihapları başda olmaqla, sinus şişləri, ön kəllə yaralanmaları, travmaya bağlı göz çuxuru xəsarətləri ve görmə siniri təzyiqi kimi halların müalicəsində ilk müalicə vasitəsi olaraq ən çox sayda aparılan cərrahiyyələrdən birisidir. Eyni zamanda minimal cərrahi travma yaratma avantajı səbəbiylə göz yaşı kisəsi drenaj əməliyyatlarıında (Dakriosistorinostomi) ve hipofiz vəzi xəstəliklərinin cərrahi müalicəsində (Endoskopik hipofizektomiya) getdikcə artan sahələrdə üstün tutulmaqdadır.

Sinusların və sinuslar ilə burun arasında havanın girişini seliklərin boşaldılmasını təmin edən incə kanalcıqlar vardır. Xroniki sinusit bu kanalcıqların tıxanması nəticəsində meydana gəlir. Xroniki sinusitdə tətbiq etdiyimiz funksional endoskopik sinus cərrahiyyəsinin təməl prinsipi daralmış və ya tıxanmış olan bu kanalcıqları genişlətmək, bir labirint şəklində bir-birlərinə açılan kiçik sinuslarda yuvacıqlar arasındakı divarları aradan qaldıraraq havanın asanlıqla girə biləcəyi və seliklərin boşala biləcəyi geniş və tək yuva yaratmaqdır.

Burun çevresindəki sinusların yerləşdiyi bölgələrin dar, anatomik quruluşunun qarmaqarışıq olması ve beyin, gözlər, görmə sinirleri, gözyaşı kanalları, şah damarları kimi önəmli organların qonşuluqda yerlşəməsi endoskopik sinus əməliyyatlarında həkimdən yüksək təcrübə və peşəkarlıq tələb edir.

Konka bülloza (orta burun balıqqulağın böyüməsi ) , birdən çox boşalma deşiyi (aksesuar ostium), anormal mukoza təmas bölgələri kimi anatomik problemlerin düzəldilməsi prosedurları aparılır. Burun endoskoplarının köməyi ilə, xaricdən görüntü yaratmaq üçün kəsik aparılmır. Endoskopun sayəsində burun boşluğunun içindəki dar və qaranlıq nahiyyələrə daxil olmağa imkan verir. Xroniki sinusitlərin müalicəsində endoskopik sinus cərrahiyyəsi ilə daha uğurlu nəticələr əldə edilir.Xroniki sinusitdə tətbiq edilən endoskopik sinus cərrahiyyəsi xəstəyə komfortlu bir əməliyyat sonrası bir dövr yaşadır. Xəstələrin çoxu əməliyyat günü evinə gedə bilir və 48 saat sonra işinə başlayır. Kənardan görünən kəsik izi olmur.