Xəbərlər

Hepatiti B virusu (HBV)

Hepatiti B virusu (HBV) ilə yoluxma qaraciyər iltihabına səbəb ola bilir. Bir çox insanlarda HBV infeksiyası xroniki hal alır və tədricən qaraciyərdə çapıqlaşma (sirroz) və ya qaraciyər xərçənginə gətirib çıxarır. Xəstə insanın qanı və ya daxili mayesi ilə (ağız suyu, sperma, vaginal sekresiya) təmasda olama nəticəsində HBV ilə yoluxma mümkündür. Hepatit B ilə xəstə olan yaşlı insanlarda əlamətlərin kəskinliyinə baxmayaraq tam sağalma mümkündür. Yenidoğulmuşlar və uşaqlar xəstələnərsə infeksiyanın xroniki xarakter alması ehtimalı artmış olur.

Siz intravenoz inyeksiyalar zamanı iynəni paylaşırsınızsa, digərinin şəxsi əşyalarından istifadə edirsinizsə, qorunmadan cinsi əlaqəyə girirsinizsə, Hepatit B-nin geniş yayıldığı yerlərə səyahət edirsinizsə və ya belə yerlərdə dünyaya gəlmişsinizsə Hepatit B virusu ilə yoluxma təhlükəsi qarşısındasınız. Bundan əlavə HBV daşıyıcısı olan ana doğuş zamanı övladını yoluxdura bilər.

Hepatit B ilə xəstə olan yaşlı insanlarda əlamətlərin kəskinliyinə baxmayaraq onlar tam sağalırlar. Yenidoğulmuşlar və uşaqlar xəstələnərsə infeksiyanın xroniki xarakter alması ehtimalı artmış olur. Hepatit B-nin müalicəsinin olmamasına baxmayaraq vaksinasiya onun qarşısını ala bilər. Əgər siz HBV ilə yoluxmusunuzsa çalışın digərlərinə keçirməyin.

Əlamətlər

Hepatit B ilə yoluxmuş uşaqların əksəriyyətində heç bir əlamət və şikayətlər qeyd edilmir. Bəzi yaşlılarda da belə olur. Əlamətlər adətən yoluxmadan 12 həftə sonra əmələ gəlir və fərqli intensivikdə özünü biruzə verir. Bu əlamətlədən aşağıdakıları sadalamaq olar: 

  • İştahın itməsi 
  • Ürəkbulanma və qusma 
  • Ümumi zəiflik və yorğunluq 
  • Qarında, xüsusilə də sağ qabırğaaltı nayihədə ağrılar 
  • Sidiyin qara rəngdə olması 
  • Dəri və gözün selikli qişasında saralma 
  • Oynaqlarda ağrı 

Heç bir əlamət olmasa belə Hepatit B ilə yoluxmusunuzsa o sizin qaraciyərinizi zədələyə bilər və özünüz də bilmədən sizdən digər insanlara keçə bilər. Odur ki, əgər azacıq da yoluxma təhlükəsini mümkün hesab edirsinizsə mütləq müayinə olunun. Bununla həm özünüzü, həm də yaxınlarınızı qorumuş olarsınız.