Xəbərlər

Allergik xəstəliklərin müalicəsi
Avrasiya Klinikasında bronxial astma, allergik rinit, pollinoz, atopik dermatit və s.kimi allergik xəstəliklərin kompleks müayinəsi, diaqnostikası və müalicəsi aparılır. Klinika mütəxəssislərinin xidmətində dəqiq diaqnoz qoymaq üçün müasir tipli laborator-diaqnostik baza fəaliyyət göstərir.
Bu müayinələrə aşağıdakılar daxildir:
- Qida və tənəffüs allergenlərin təyini
- Qanın biokimyəvi və immunoloji testləri
- Qanda parazitlərin təyini
- Döş qəfəsinin rentgenoqrafiyası
- Ağciyərlərin və sinusların kompüter tomoqrafiyası
- Burun boşluğu, burun , udlaq və qırtlağın endoskopik müayinəsi