Xəbərlər
Nevrologiya və ya nevropatologiya
Nevrologiya və ya nevropatologiya - mərkəzi və periferik əsəb sisteminin xəstəliklərinin yaranma məsələləriylə məşğul olan, həmçinin onların inkişaf mexanizmini, simptomatikasının və diaqnostikasının, müalicə və ya profilaktikasının mümkün üsullarını araşdıran tibb bölməsidir.
Avrasiya Klinikasının həkimləri növbəti nevroloji xəstəlikləri müvəffəqiyyətlə müalicə edirlər:
- Sinir toxumasının iltihabi xəstəlikləri (polimiozitlər, nevritlər və onların nəticələri)
- Beyinin damar xəstəlikləri, serebro-vaskulyar xəstəlik (keçirdilmiş insultların, işemik xəstəliyin nəticələri)
- Vestibulyar pozulmalar
- Əsəb sisteminin degenerativ xəstəlikləri (Alsheymer xəstəliyi, Parkinson xəstəliyi, Qocalıq demensiyası)
- Posttravmatik vəziyyətlər
- Epizodik və paroksizmal pozulmalar (miqren, yuxu pozuntusu, epilepsiya)
- Veqetativ damar distoniyası
- Onurğa patologiyaları (osteoxondroz, kök sindromları, nevralgiyalar, radikulitlər, skoliozlar)
- Əsəb sisteminin başqa xəstəlikləri də bizim klinikamızda müalicə edilirlər.
Bizim klinikanın nevroloq həkimləri xəstəliyi hətta ilk mərhələlərdə aşkar edirlər, bu da xəstəliyin inkişafının qarşısını almağa və optimal müalicəni seçməyə imkan verir. “Avrasiya”klinikasında keyfiyyətli diaqnostika üçün ultrasəs, rentgen, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası, elektroensefaloqrafiya, laboratoriya tədqiqatları istifadə olunurlar.