Xəbərlər

Qadın Sonsuzluğunun səbəbi - Polikistoz yumurtalıqlar sindromu.

Polikistoz yumurtalıqlar sindromu geniş yayılmış xəstəliklərdən biridir. Qadınların təxminən 5%-i bu xəstəlikdən əziyyət çəkir. Polikistoz xəstəliyinin əsas əlamətləri:menstruasiya düzənsizliyi, kilo artımı, tüklənmə,sızanaqlar və bəzən hətta sonsuzluq da ola bilər. Hormonal pozğunluq nəticəsində yumurtalıqlarda follikullar yetişib partlamır.Bu da sonsuzluğa səbəb olur. Polikistoz yumurtalıqlar sindromu olan qadınlarda aşağıdakı problemlərin olma ehtimalı yüksəkdir: şəkərli diabet, xolesterin yüksəkliyi, ürək-damar xəstəlikləri, yuxu pozğunluqları, uşaqlıq xərçəngi və s. Xəstəliyin müalicəsi əsasən iki hissədən ibarətdir: 1)Mensturasiyanın tənzimlənməsi və hormonal pozğunluğun bərpa edilməsi. 2)Kosmetik cəhətdən müalicə:Tüklərin ve sızanaqların müalicəsi. Unutmayaq ki, əmələ gələn tüklər hormon müalicəsiylə yox olmur. Hormon müalicəsi tüklənmənin yaranmasının qarşısını alır. Polikistoz yumurtalıqlar sindromu olan qadınlar düzgün şəkildə müalicə olunduqlarında sağlam həyatlarına davam edə bilərlər.