Xəbərlər

Ultrasəs müayinəsi (USM)

Ginekologiya və mamaliqda ən böyük problemlərdən biri dünyaya gələcək körpədə ehtimal olunan qüsurların və xəstəliklərin öncədən aşkar edilməsidir. Hamiləliyin daha kiçik müddətində dölün inkişaf qüsurları və patologiyaları haqqında əvvəlcədən informasiya almaq isə hamiləliyin saxlanması və ya pozulması kimi məsuliyyətli bir qərarın qəbul edilməsində böyük rol oynayır. 4D rejimli “VOLUSON-730” aparatı dölün inkişafı ilə bağlı dəqiq və ətraflı məlumat əldə etmək imkanı yaradır. 

4D rejimli USM aparatinin üstünlükləri:

1. Üzdə olan qüsurlar(dovşandodaqlıq, qurdağızlıq)
2. Döldə olan həcmli törəmələr
3. Ətrafların anomaliyaları
4. Skeletin inkişafında olan qusurlar
5. Qarnın ön divarının deffektləri
6. Xromosom patologiyaları(Daun sindromu)
7. Beyində qüsurları
8. Xarici cinsiyyət orqanlarının qiymətləndirilməsi
9. Ciftdə olan patologiyalar

Bundan əlavə ginekologiyada da geniş istifadə olunur, daxili cinsiyyət orqanlarinin anomaliyalarinin qiymətləndirilməsində bu rejim informativdir.

Bununla yanaşı hal hazirda USM müayinəsinin son nailiyyətlərindən biri də prenatal dopplerometriyadi. Prenatal dopplerometriya nədir?

Prenatal dopplerometriya qan damarlarının (göbək ciyəsi arteriyası,s ağ və sol uşaqlıq arteriyaları, orta beyin arteriyası və s.) dəqiq anatomik yerləşməsini, diametrini, qan axınının istiqamətini və sürətini təyin etməklə, cift qan dövranında olan çatmamazliqları əvvəlcədən qiymətləndirməyə imkan verir, eyni zamanda müalicə həkiminin müalicə taktikasına düzgün istiqamət verir.

Bir sözlə, 4D rejimli USM aparatı və prenatal dopplerometriya təkcə anaların sağlamlığına deyil, körpələrin sağlam doğulmasına da şərait yaradan əvəzsiz müayinə metodudur.