Xəbərlər

Allergik xəstəliklərin müayinə və müalicəsi

Allergik xəstəliklərin çox geniş yayılmış formalarından biri də bronxial astmadır. Bu tənəffüs yollarının xroniki allergik iltihabi xəstəliyi olub, tutmalar şəklində bronx keçiriciliyinin pozulması, təngnəfəslik, boğulma, öskürək və xırıltılarla müşahidə olunur.

"Avrasiya Klinikasında" bronxial astma, allergik rinit, pollinoz, atopik dermatit və s.kimi allergik xəstəliklərin kompleks müayinəsi, diaqnostikası və müalicəsi aparılır. Klinika mütəxəssislərinin xidmətində dəqiq diaqnoz qoymaq üçün müasir tipli laborator-diaqnostik baza fəaliyyət göstərir. Bu müayinələrə aşağıdakılar daxildir:

  • Qida və tənəffüs allergenlərin təyini
  • Qanın biokimyəvi və immunoloji testləri
  • Qanda parazitlərin təyini
  • Döş qəfəsinin rentgenoqrafiyası
  • Ağciyərlərin və sinusların kompüter tomoqrafiyası
  • Burun boşluğu, burun , udlaq və qırtlağın endoskopik müayinəsi

Klinikamızda allergik xəstəliklərdən (bronxial astma, allergik rinit, məxmərək, atopik, dermotit və s.) əziyyət çəkən pasiyentlərin müayinə və müalicəsini həkim allerqoloqlarımız həyata keçirir.

  • allergik rinit
  • pollinoz
  • bronxial astma
  • qida allergiyası
  • dərman allergiyası
  • məxmərək
  • allergik dermatit (atopik dermatit)