Xəbərlər
Maqnit Rezonans Tomoqrafiyası
MRT təsvirin yüksək keyfiyyəti sayəsində diaqnostikaya geniş imkanlar açan və xəstə üçün hər cür rahatlığı təmin edir. Sistemin tunelinin diametrinin 40 sm olması həm dolu bədən quruluşu, həm də klaustrofobiyadan əziyyət çəkən (qapalı yerdən qorxan) xəstələrin diaqnostikasını asanlaşdırır,klaustrofobik reaksiyaların inkişafı riskini xeyli azaldır.
Eyni zamanda aşkar kifozdan, hərəkət məhdudiyyətindən, lokal ağrılardan əziyyət çəkənləri,uşaqları və dəlu bədən quruluşlu xəstələri müayinə etməyə imkan verir ki, belə xəstələrdə müasir tələblərə cavab verməyən MR-tomaqraflarla skanlama aparmaq mümkün deyil.
0,3 Tesla sahəsinin gərginliyi və geniş tunel texnologiyası sayəsində həyat təmintı qurğularına qoşulmuş xəstələri, intensiv terapiya bölmələrinin xəstələrini və üzərində intraəməliyyat prosedurları aparılacaq xəstələri müayinə etməyə imkan verir. 0,3 Tesla Brivə MR 355. sistemi ağır xəstəliklər və ‘problemli’ xəstələr üzərində çəx tez və etibarlı tədqiqatlar aparmağa şərait yaradır ki,bu müalicənin düzgün seçilməsini asanlaşdırır.