Xəbərlər

Avrasiya Klinikasının Terapiya bölməsi

Avrasiya Klinikasında həkim-terapevtlər müraciət edən xəstələri ilkin müayinədən keçirirlər. Klinikada terapevtlər daha çox həzm sistemi xəstəlikləri, mədə-bağırsaq sistemi xəstəlikləri, dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsi ilə məşğul olurlar.

Xəstələrin şikayətləri dinlənilərək anamnez toplanır və müalicə təyin edilir. Lazım gəldikdə təbii ki, xəstələrin düzgün və effektiv müalicə alınması məqsədilə klinikada fəaliyyət göstərən digər ixtisas həkimlərinə istiqamətləndirilir. Gərəkli müayinələrdən sonra xəstələrə əvvəlcə ilk sonra isə kliniki diaqnoz qoyulur.