Xəbərlər
Kolposkopiya
Kolposkopiya uşaqlıq boynunun uşaqlıq yoluna baxan hissəsinin və uşaqlıq yolunun selikli qişasını müayinə metodudur və bu prosedura xüsusi optik cihaz olan kolposkop vasitəsilə aparılır. Kolpskopiya ağrısız və təhlükəsiz bir metoddur.
Kolposkopik müayinəyə göstərişlər:
- Yaşından asılı olmayaraq bütün qadınlar profilaktik məqsədlə
- Ginekoloji müayinə zamanı aşkar olunan şübhəli sahələr
- Uşaqlıq boynunun sitoloji müayinəsində aşkar olunan displaziya
- Müayinədən sonrakı monitorinq
Kolposkopik müayinənin köməyilə diaqnoz qoyulur:
- Uşaqlıq boynunun eroziyası
- Ektopiya
- Leykoplagiy
- Eritroplagiya
- Polip
- Displaziya
- HPV (yastı və itiuclu kondilomalar, papilloma)