Xəbərlər
Rinoplastika
Plastik-estetik əməliyyatlar arasında sözsüz ki, lider sayılan əməliyyat rinoplastikadır.
Rinoplastika burun formasının cərrahi müdaxilə ilə yenidən düzəldilməsi əməliyyatıdır. RİNOPLASTİKA burunun anadangəlmə və ya sonradan yaranmış defektlərinin, deformasıyasının düzəldilməsi, kiçildilməsi,donqarın, əyriliyin düzəldilməsi, formasının korreksiyası kimi əməliyyatları özündə birləşdirir. Bu əməliyyatda burunun funksionallığı və estetikliyi bir-birindən ayrılmaz bir bütün təşkil edir. Bu səbəbdən də rinoplastika həmçinin nəfəsalmada problem yaradan qüsurların aradan qaldırılması üçün də tətbiq olunur.
Uğurlu burun əməliyyatı üz quruluşuna uyğun bir görünüm verməklə bərabər nəfəs alma prosesini də asanlaşdırmalıdır (konxo, septoplastika və s. əməliyyatlar).