Xəbərlər

Qastrit

Qastrit mədənin selikli qişasının iltihabıdır. Başqa sözlə, qastrit mədəni daxildən müdafiə edən örtüyün müxtəlif səbəblər üzündən zədələnməsidir. Qastritin əmələ gəlməsinin əsas səbəblərindən biri Helicobacter pylori adlanan bakteriyalardır. Requlyar olaraq ağrıkəsici dərmanların qəbulu, travmatik zədələnmələr, spirtli içkilərin qəbulu, emoisional gərginlik kimi faktorlar da qastrit törədir. Qastritlər kəskin və xroniki olmaqla iki qrupa bölünür. Müalicə edilməyən qastrit mədə xorasına gətirib çıxara bilir.

Səbəbləri:

  • Bakterial infeksiya. Təsqid edilmişdir ki, Helicobacter pylori infeksiyası mədənin selikli qişasını zədələyə bilir və qastritin əmələ gəlməsində böyük rolu var 
  • Qeyri-sterioid dərmanların (aspirin, ibuprofen və s.) uzunmüddətli qəbulu
  • Həddən ziyadə alkoqol qəbulu
  • Siqaret çəkmə 
  • Stress 
  • Ödün 12 barmaq bağırsaqdan geri mədəyə qayıtması 
  • Bədənimizdə gedən autoimmun proses mədəmizin selikli qişasına zədələyici təsir göstərərək onun iltihabını törədir 
  • Travmatik zədələnmə 
  • İsti qida və ya içki ilə yanma 
  • Cərrahi əməliyyatlardan sonrakı dövrdə qastrit yarana bilər

Əlamətlər:

  • Epiqastral nayihədə, yəni döş sümüyünün altında olan ağrılar və ya diskomfort 
  • İştihanın azalması və ya itməsi 
  • Gəyirmə 
  • Ürəkbulanma 
  • Qusma 
  • Hərarət 
  • Yuxululuq 
  • Qanqusma

Diaqnoz necə qoyulur?

  • Mədənin Rentgen müayinəsi selikli qişada zədələnmənin olub-olmamasını üzə çıxarir 
  • Mədənin Endoskopik müayinəsi həkimə mədənin selikli qişasını görməyə və rentgen müayinəsinin müəyyən edə bilmədiyi zədələnməni aşkar etməyə imkan verir 
  • Helicobacter pylori infeksiyasının olub-olmaması fərqli üsullarla müəyyən edilə bilər: endoskopik müayinə zamanı götürülmüş mədə toxumasının histoloji müayinəsi, nəfəs testi, qan testi və nəcis testi. 
  • Ağırlaşmaları 
  • Qastrit müalicə olunmazsa mədə xorasına gətirib çıxara bilər 
  • Xroniki qastritin bəzi formaları mədə xərçənginin əmələ gəlməsinə səbəb ola bilər.