Xəbərlər
Artıq çəki və piylənmə
Piylənmə orqanizmə qida ilə qəbul olunan kalorinin miqdarı ilə enerji sərfinin uyğunsuzluğu zamanı inkişaf edir.
Bəzi hallarda kaloridən istifadə artır (çoxyemə), digər hallarda onlara ehtiyac azalır (endokrin pozulmalar nəticəsində əsas mübadilənin zəifləməsi), üçüncü halda toxluq mərkəzinin patoloji prosesə cəlb edilməsi nəticəsində qida davranışında pozulmalar olur.
Piylənmənin 3 forması müəyyən edilib:
- Alimentar və ya konstitusion-ekzogen piylənmə. Əsas səbəbi çox yeməkdir.
- Hipotalamik piylənmə. Hipotalamik yuvenil sindromda, diensefal sindromda, adipoz-qenital çatmamazlıqda, neyroendokrin pozulmalarda, klimakterik sindrom zamanı yaranır.
- Endokrin piylənmə. Səbəbi endokrin vəzilərin- böyrəküstü, qalxanvari və mədəaltı vəzinin patologiyasıdır.
Hipotalamik piylənmənin əsasında baş beynin qabıqaltı nüvələrində mübadilə proseslərinin pozulması durur. Bu zaman prosesə insanın qida ilə bağlı davranışını (iştah və toxluq) tənzim edən mərkəzlər cəlb edilir. Neyrotransmitterlərin (dofamin, serotonin, endorfin) sintezi, qarşılıqlı təsiri və deqradasiyası, eləcə də onların hipotalamusun neyroreseptorlarına həssaslığı pozulur.
Piylənmənin hipotalamik tipi başın travması, keçirilmiş neyroinfeksiyalar, kəskin və xroniki stresslərdən sonra, zehni gərginliklər zamanı qeyd olunur.
Çox hallarda hipotalamik piylənmə hamiləlik toksikozları keçirmiş qadınlarda doğuşdan sonra, bədən çəkisinin çox artması zamanı, doğuş zamanı çox qan itirdikdə inkişaf edir. Eləcə də, buna abort və ya pozulmuş hamiləlik səbəb ola bilər.
Əgər sizdə Artıq çəki və piylənmə varsa, Siz vaxtaşırı olaraq həkim endokrinoloqun müayinəsindən keçməlisiniz!