Xəbərlər

Uşaqlıq yolu infeksiyaları

Uşaqlıq yolunun infeksiyaları (vaginitlər və vaginozlar) müxtəlif yaş dövründə olan qadınların arasında geniş yayılmışdır. Onların arasında uşaqlıq yolunun mikroflora balansının pozulması nəticəsində əsasən bakterial vaginoz (qardnerellez) və vaginal kandidoz kimi xəstəliklərə daha çox təsadüf edilir. Digər infeksiyalardan olan trixomoniaz (trixomonoz) isə adətən cinsi yol ilə yoluxur. Nadir hallarda rast gələn infeksiyalarda mövcuddur ki, onlarda uşaqlıq yolunun iltihabına səbəb olur.

Uşaqlıq yolu infeksiyalarının yaranma səbəbləri

Normada uşaqlıq yolu müxtəlif mikroorqanizmlərin inkişafı üçün turş və zəngin oksigenli mühitə malikdir. Uşaqlıq yolunun təbii mikroflorasının 95 faizi süd turşusunu əmələ gətirən laktobakteriyalardan ibarətdir. Həmən turş mühit bir sıra zərərverici mikroblara qarşı təbii qoruyucu mexanizmdir. Təbii mikroflora balansı pozulduqda laktobakteriyaların sayı azalır zərərverici mikroorqanizmlərin sayı isə əksinə artır. Buna gətirən səbəblər müxtəlifdir.

Məsələn: müxtəlif dərman preparatları (antibiotik), uşaqlıqdaxili spiral ,bəzi xəstəliklər və infeksiyalar, hormonal dəyişiklik, artıq çəki və s. kimi səbəbləri qeyd etmək olar.

Bakterial vaginoz (qardnerellez) - gardanella vagiginalis bakteriyasının uşaqlıq yolunda kəskin çoxalması nəticəsində inkişaf edir.

Vaginal kandidoz - uşaqlıq yolunda, dəridə, ağız boşluğunda, bağırsaqda normada rast gələn maya göbələyinin kəskin çoxalması nəticəsində inkişaf edir. 

Trixomoniaz - cinsi yol ilə keçir.

Uşaqlıq yolu infeksiyalarının əlamətləri 

Ən çox rast gəlinən əlamətləri: sidiyə getdikdə , cinsi əlaqə zamanı göynəmə ,qaşınma, uşaqlıq yolu boyunca qıcıqlanma və qızartı , uşaqlıq yolundan xoşagəlməz qoxunun olması. Bu əlamətlər menstruasiya zamanı və ondan sonra kəskinləşə bilər. Xlamidioz və qonoreya kimi təhlükəli infeksiyalar da uşaqlıq yolu iltihabına xas olan əlamətlərlə özünü göstərir. Bəzi hallarda əlamətlər olmaya bilər.

Avrasiya Klinikasının Ginekoloji şöbəsində Uşaqlıq yolu infeksiyalarının müvafiq müayinəsi və müalicəsi aparılır.