Xəbərlər

Dermatologiya

Dermatologiya (yunan sözü olub “derma “- dəri , “logos”-öyrənmək deməkdir.)-dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patologiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostikası, müalicə və proliflaktikası ilə məşğul olan bir sahədir.
Dəri xəstəliklərinin əmələgəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.)

Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərir.

Dəri xəstəliklərinin kliniki əlamətlərini bir neçə qrupa ayırmaq olar.

  • Bütövlükdə orqanizm tərəfindən meydana çıxan simptomlar (bədən temperaturunun yüksəlməsi, ümumi zəiflik və s. )
  • Subyektiv dəri əlamətləri - dərinin həssaslığının artması və ya azalması, qaşınma, dartılma, avazıma, ağrı və s. 

Avrasiya Klinikasının mütəxəssəsləri müasir dermatologiyanın ən son müayinə və müalicə üsullarından istifadə etməklə asağıdakı xəstəliklərin dioqnoz ve müalicəsini sizə təklif edir.

  • Allergik dermatit və dermatozlar
  • Ekzema
  • Psoriaz
  • Demodekoz,
  • Müxtəlif etiologiyalı dəmrovlar
  • Acne vulqaris,
  • Ocaqlı alopesiyalar
  • Döyənəklər
  • Dərinin,dırnağın və saçların göbələk xəstəlikləri
  • Cinsi yolla yoluxan zöhrəvi xəstəliklər — xlamidiya,mikoplazma,ureaplazma,qonoreya,trixomoniaz və s.
  • Genital Herpes
  • Viruslu ziyillər (kondilomalar)
  • Ət xallar - papilloma ,epitelioma,bazalioma və s.dəri törəmələrinin kriodestruksiya üsulu ilə ağrısız, fəsadsız götürülməsi müvəffəqiyyətlə tətbiq olunur