Xəbərlər
Hamiləliyin əlamətləri
Adam xəstələnəndə nə baş verdiyini daha tez anlayır, çünki harasısa ağrıyır, qızarır və ya temperaturu qalxır. Hamiləliyi müəyyən etmək bir az çətindir. Qadının heç bir yeri ağrımır, şişmir, temperaturu qaydasında olur. Amma xəstəlik kimi, hamiləlikdən də vaxtında xəbər tutmaq yaxşıdır.
Hamiləliyin əlamətlərini 3 qrupa bölürlər; şübhəli, etibarlı və dəqiq əlamətlər.
Hamiləliyin diaqnostikasi
Hamiləliyin diaqnostikası demək olar ki, insan cəmiyyəti ilə yanaşı inkişaf etmişdir. Bugünkü gündə hamiləlik diaqnozu, qadının sorğu-sualı, həkimin müayinəsi və USM əsasında qoyulur.
Aşağıdakı əlamətlər hamiləliyə şübhə yaradan, hər hamiləlikdə yaranmamasına baxmayaraq, diaqnostik əhəmiyyət kəsb edən əlamətlər sırasına daxildir
• Dispepsiya əlamətləri, xəncərvari çıxıntı altında ağırlıq hissinin yaranması, tüpürcək ifrazının artması, ürəkbulanma, səhər acqarnına qusma, iştahanın dəyişməsi və ya bəzi növ qida məhsullarına (məs: ət məhsullarına) ikrah hissinin yaranması, kəskin və turş qidalara hərislik, qəbzlik, yeməli olmayan madələrə – əhəng, təbaşir, gil və s.- hərislik.
• Sinir sisteminin və psixi sferanın funksional pozulmaları: yüngül sinir qıcıqlanması, eşitmə və qoxubilmə qabiliyyətinin güclənməsi, kövrəklik, özünə qapanma;
• Maddələr mübadiləsində dəyişikliklər, dərialtı piy təbəqəsinin artması, döş giləsinin və gilətrafı nahiyyənin, ağ xəttin və bəzən üz nahiyyəsinin piqmentasiyası;
• Hamiləlik zolaqlarının (çapıqların) yaranması.
Bütün bu əlamətlər hamilə qadınlarda rast gəlinir, lakin hər zaman hamiləliklə əlaqədar deyil, ona görə də onlar təqribi əlamətlər adlanır.
Hamiləliyin dəqiq əlamətlərinə aiddir:
• sağlam, müntəzəm cinsi əlaqədə olan, döllənmə mümkün olduğu yaş dövründə olan qadında aybaşının kəsilməsi;
• durğunluq əlamətləri: uşaqlıq yolu girişinin, divarlarının və uşaqlıq boynunun uşaqlıq yolu hissəsinin göyərmsi. Uşaqlığın ölçülərinin gecikmə müddətinə uyğun olaraq böyüməsi, konsistensiyasının və formasının dəyişməsi;
• süd vəzilərinin sərtləşməsi və molozivonun yaranması.