Xəbərlər

Uro-Andrologiya

Urologiya – tibbin sidik-ifrazat sistemi və kişi cinsiyyət orqanlarının xəstəlikləri ilə məşğul olan bir sahəsidir.Andrologiya isə urologiyanın bir qolu olub kişilərdə cinsi sferanın pozğunluqları ilə məşğul olur (prostatit, prostat vəzinin adenoması,erektil disfunksiya,kişi sonsuzluğu və s.

Cinsi inkişafın ləngiməsi, infeksion-iltihabı xəstəliklər, prostat vəzi xəstəlikləri, kişi sonsuzluğu və cinsi disfunksiya, cinsin dəyişdirilməsi və onkoandrologiya, həmçinin kişi sağlamlığının bir sıra digər problemləri ilə androloqlar və uroloqlar məşğul olur. Bu zaman müxtəlif laborator (spermoqramma, immunoloji, sitoloji, hormonal müayinələr, infeksion skrininq) və instrumental (rentgenoloji və USM və.s.) diaqnostika üsulları tətbiq edilir.

Müalicə mövcud olan problemlərin növündən asılı olaraq konservativ və ya cərrahi yolla (o cümlədən, bərpaedici, plastik cərrahiyənin köməyi ilə) aparılır.

Uroloq həkim:

  • Sidik sisteminin (böyrək, sidik axarı, sidik kisəsi və sidik kanalı) daşları.
  • Sidik sisteminin (böyrək, sidik axarı, sidik kisəsi və sidik kanalı) törəmələri.
  • Sidik sisteminin (böyrək, sidik axarı, sidik kisəsi və sidik kanalı) iltihabi xəstəlikləri.
  • Prostat vəz xəstəlikləri (adenoma, prostatit)
  • Uşaq urologiyası (VUR, hipospadias, epispadias)
  • Gineko-urologiya (sidiksaxlamamazlıq, sistit, vezikovaginal fistula)
  • Prostat vəzinin xoşxassəli hiperplaziyasının ( adenoma) endoskopik ( kəsiksiz ) müalicəsi
  • Böyrək sidik axarı, sidik kisəsi daşlarının qapalı (kəsiksiz) cərrahi müalicəsi
  • Böyrək və sidik kisəsi , prostat vəzi törəmələrinin kəsiksiz cərrahi müalicəsi
  • Mikroskopik varikoselektomiya
  • Laproskopik böyrək kisti əməliyyatı

Andrologiya:

  • Cinsi zəiflik
  • Sonsuzluq
  • Qadın cinsi problemləri üzrə müayinələr və müalicələr aparır.