Xəbərlər
Endokrinologiya
Endokrinologiya-daxili sekresiya vəziləri və onlarən funksiyalarnının pozulmaları ilə bağlı yaranan xəstəliklər haqqında elmdir. Bədən daxili sekresiya vəzilərinin fəaliyyəti bir-biri ilə əlaqəlidir və əgər bir endokrin vəzin funksiyası pozularsa, digərləri də zərər çəkir.
Endokrin xəstəliklər bir çox səbəblərdən yarana bilər. Buraya genetik anomaliyalar, orqanizmdə gedən iltihabi proseslər, şiş xəstəlikləri, immun sistemin pozğunluqları, travmalar, qan dövranının pozulması, sinir siteminin müxtəlif şöbələrinin zədələnməsi, toxumaların hormonlara qarşı həssaslığının azalması və s. aid edilə bilər.
Endokrin sistem xəstəliklərinə şəkərli diabet,piylənmə, hipotireoz, hipertireoz, düyünlü zob, hiperparatireoz, akromeqaliya, prolaktinoma, böyrəküstü vəzi çatmamazlığı və s. aiddir.
Avrasiya Klinikası aşağıdakı xidmətləri təklif edir:
- Hormonal fonun tam müayinəsi, qalxanvari vəzin USM
- I və II tip diabetin kompensasiyası
- Şəkərli diabetin ilkin simptomlarının aşkarlanması
- Şəkərli diabet nəticəsində damarlarda yaranmış ağırlaşmaların təyin edilməsi və müalicəsi.
- Artıq çəki və piylənmənin bir neçə mütəxəssisin (endokrinoloq, refleksoterapevt, psixoanalitik, masajist) birgə kompleks yanaşmanı birləşdirən unikal hazırlanmış proqramla müalicəsi
- Qalxanvari vəzin, böyrəküstü vəzlərin, hipofizin diaqnostikası və müalicəsi
- Postmenstrual sindromun və sonsuzluğun müalicəsi.
- Müxtəlif endokrin patologiyalı xəstələrin effektiv müalicə və müşahidə proqramı
Eyni zamanda endokrinoloqun daha optimal müalicə metodunu təyin etməsi üçün EKQ, EXOkq, daxili sekresiya vəzilərinin və daxili orqanların USM-i, damarların doppleroqrafiyası, rentgen və s. müayinə üsullarından, digər ixtisas həkimlərinin konsultasiyalarından istifadə olunur.