Travmatologiya və Ortopediya xidmətləri
27 İyul, 2015
Avrasiya Klinikasının Travmatologiya və Ortopediya şöbəsində dayaq-hərəkət sistemi xəstəliklərinin kompleks müayinəsi, konservativ və operativ müalicəsi aparılır.
Ən yeni diaqnostik və endovideocərrahi avadanlıqlar müxtəlif spektrli xəstəliklərin vaxtında və dəqiq diaqnozunun qoyulmasına imkan verir.
Ümumi diaqnostika
- MRT (maqnit rezonans tomografiyası)
- KT (kompüter tomografiyası)
- Sintigrafiya (sümük şişlərində metastazların dəyərləndrilməsi)
- Densitometriya (sümüklərdə osteoparozun dəyərləndirilməsi)
- Rentgen müayinə
Artroskopik diaqnostika və cərrahi əməlliyatlar
- Dizdə artroskopik meniskektomiya (bərpası mümkün olmayan menisklərin artroskopik üsulla çıxarılması)
- Artroskopik menisk yırtıqların bərpası
- Artroskopik oynaqdaxili yad cisimlərin çıxarılması və bağların təmiri
- Artroskopik osteonekrozların (oynaq qığırdağı zədələnmələri) təmizlənməsi və qığırdaq köçürülməsi
- Topuq və dirsək oynaqlarının artroskopiyası
- Ağır və fəsadlaşmış sınıqların qapalı-malinvaziv və açıq üsullarla cərrahi müalicəsi
- Metal lövhə, qapalı intramedulyar sistem və xaricdən fiksatorlarla osteosintez (sümük tamlığının bərpası) usulları
- Osteoporozun (sümük kütləsinin azalması) diaqnostika və müalicəsi
- Artrozların (oynaqların duzlaşması) konservativ və cərrahi müalicəsi
- Oynaqların (bud-çanaq, diz, çiyin, dirsək) endoprotezlərlə (süni oynaqlarla) əvəz edilməsi
- Vertebral cərrahiyə (fəqərə sınıqları, skalioz və kifozların cərrahi müalicəsi)
- Əl cərrahiyyəsi
- Bərpaedici vətər və sinir əməliyyatları
- Ətraflarda kəsilmiş hissələrin bərpası
- Müxtəlif lokalizasiyalı sümük şişlərinin radikal çıxarılması
- Sümüklərin uzadılması əməliyyatları
- Uşaqlarda anadangəlmə bud-çanaq oynağı çıxıqlarının konservativ və cərrahi üsullarla müalicəsi
- Ətraflarda deformasiya və qüsurların cərrahi müalicəsi