Xəbərlər

Ginekologiya

Ginekologiya - Klinik təbabətin qadın cinsiyyət sisteminin fiziologiyası, xəstəliklərini və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini öyrənən sahəsidir. Həkim-ginekoloq qadın həyatının müxtəlif dövrlərində (uşaqlıq, yeniyetmə və yetkin dövrlərdə) qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olur. Mama-ginekoloq isə hamiləlik və doğuş dövrlərinə nəzarət edir.

Ginekoloq qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (kalpit, endometrit və.s.) uşaqlıq boynu eroziyası, xoşxassəli şiş törəmələri kimi xəstəliklərin müalicə və profilaktikası ilə məşğul olur. Sonsuzluq və ailə planlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım edir.

Ginekologiyada funksional (USM, endoskopik və rentgen müayinələr) və laborator (bakterioloji, immunoloji və hormonal müayinələr) diaqnostika üsulları geniş tətbiq olunur.

Xidmətlər:

  • Hamiləliyin təyini və təqibi
  • Döldə NT (fetal boyun qalınlığı) təyini
  • Üçlü test
  • Çox detallı ultrasəs müayinə
  • Hamiləlikdə şəkərli diabetin və qan uyğunsuzluğunun araşdırılması və profilaktikası
  • Non stress test
  • Toko kardioqrafiya
  • Hamiləlikdə qidalanma
  • Hamiləlikdə intim həyat
  • Doğum (keysəriyyə və normal doğum ümumi və spino-epidural anesteziya ilə)
  • Doğum sonrası ana və körpə təqibi
  • Zahılıq psixozu
  • Əmizdirmə qaydaları
  • Doğum sonrası Pap smear müayinəsi
  • Hamiləlikdən qorunma yolları

Ailə planlaması haqqında fərdlərə məlumat:

  • Qadın və kişi üçün qorunma yolları
  • Uşaqlıq daxili spiral
  • Oral kontraseptiv preparatların istifadə qaydaları
  • Qadınlarda uşaqlıq borularının endoskopik yolla bağlanması
  • İntim yolla yoluxan xəstəliklər

Xəstəliklər haqqında məlumat:

  • Yoluxmada əsas faktorlar
  • Xəstəliklərin diaqnozu və müalicəsi
  • Xəstələrin müalicə olmadığı hallarda qarşılaşabiləcək problemlər və fəsadlar

Ginekoloji xəstəliklərin cərrahi müalicəsi

  • Açıq və endoskopik cərrahiyyə
  • Miyomaların cərrahi və konservativ müalicə metodları
  • Yumurtalıq şişlərinin endoskopik cərrahiyyəsi
  • Polikistoz yumurtalıq sindromlarında müalicə
  • Uşaqlıq və sidik kisəsi sallanmalarının müalicəsi
  • Sidik tutabilmədə problemlərin konservativ və cərrahi müalicəsi