Xəbərlər

Larıngit

Səs batmasının səbəbləri

Səsin batması kimi simptomla insanların bir çox hissəsi üzləşir. Əksər hallarda bunun səbəbi virus və bakterial infeksiyaları fonunda kəskin laringitin inkişafıdır.

Kəskin larıngit qırtlağın iltihabıdır. Səs tellərimiz (xüsusi əzələ qrupu) qırtlaqda yerləşir və qırtlaq iltihablaşdıqda səs telləri də iltihablaşır.

Kəskin laringit zamanı insan boğazında quruluq hiss edir, udqunanda əziyyət çəkir, boğazı "qaşınır", səsi batır, xırıltılı olur, danışanda əziyyət çəkir, aydın danışa bilmir və ya onun səsi heç çıxmır. Xəstədə intoksikasiya əlamətləri meydana çıxa bilər - hərarətin artması, baş ağrısı və s. və həmçinin öskürər, zökəm kimi simptomlar. Lakin laringitin müalicəsi ilə otolarinqoloq məşğul olur. Avrasiya Klinikasının Otolarinqologiya şöbəsində Laringit xəstəliyinin tam müalicəsi həyata keçirilir.