Xəbərlər

Perikardit

Perikardit-ürəyin xarici pərdəsi olan perikardın kəskin və ya xroniki iltihabıdır. Perikardit keçirən insanların sayi, bu diaqnoz qoyulanların sayından qat-qat çoxdur (Patoanatomik yarılmaların nəticələrinə görə).

Səbəbləri

Perikarditlər müxtəlif səbəblərdən ola bilər, infeksion və qeyri-infeksion mənşəli olur:

  • Virus mənşəli perikarditlər
  • Bakterial mənşəli perikarditlər
  • Vərəm mənşəli perikarditlər
  • Başqa infeksion mənşəli perikarditlər
  • Autoimmun xəstəliklər zamanı yaranan perikarditlər
  • Ürək və yanaşı orqanların xəstəlikləri zamanı yaranan perikarditlər
  • Metobalik pozuntular zamanı yaranan perikarditlər
  • Travmatik perikarditlər
  • Perikardın şişləri zamanı yaranan perikarditlər
  • Şüalanma nəticəsində yaranan perikarditlər
  • İdopatik (naməlun mənşəli) perikarditlər.

Perikardit quru, eksudativ, yapışqankonstruktiv olaraq 4 növə bölünür.

Perikardit xəstəliyinin kliniki əlamətləri

Kəskin perikardit zamanı ürək nahiyəsində ağrı, ağırlıq hissi, yüksək temperatur müşahidə olunur.

Alti aydan çox davam edən perikardit xroniki perikardit sayılır. Kəskin əlamətlər artıq olmur. Bitişmələrin nəticəsində ürəyin sıxılması əlamətləri-ağciyər və qaraciyərdə qan durğunluğu, boyun venaların şişməsi yaranır. Eyni zamanda xroniki yorğunluq, arıqlama, təngnəfəslik, aritmiya, öskürək, udqunma pozulması, qaraciyərin böyüməsi, baş ağrıları da müşahidə oluna bilər.