Xəbərlər
Yumurtalıq kistası
Yumurtalığın ilkin boşluğunda maye toplanması nəticəsində yaranan retension törəmədir.
Növləri
- follikulyar kista
- sarı cism kistası
- paraovarial, dermoid
- endometroid
Simptomları
Qarnın aşağı nahiyyələrində ağrı, aybaşı pozğunluqları. İkincili dəyişikliklər (burulma, qansızma) zamanı kəskin qarın əlamətləri inkişaf edir.
Müalicəsi
Çox kiçik ölçülü kistalarda konservativ, digər hallarda cərrahi yolladır. Kista ayaqcığının burulması və ya qansızma baş verərsə təcili olaraq əməliyyat olunmalıdır.
Avrasiya Klinikasinda bütün ginekoloji problemlərin müayinə, müalicə və cərrahi yollarla aradan qaldırılması həyata keçirilir.