Xəbərlər
Andrologiya
Andrologiya (andros-kişi,loqos-elm deməkdir)-kişi cinsiyyət orqanlarının inkişafı, funksiyaları, fiziologiyası və xəstəliklərinin müayinə-müalicəsi ilə məşğul olan təbabət elmidir.
Andrologiyanın qarşısında duran əsas problemlər.
- Kişi sonsuzluğu
- Hipoqonadizm (nəsil törətmək istəyindən asılı olmayaraq)
- Erektil disfunksiyalar (ereksiyanın pozulması)
- Kişi kontrasepsiyası (ailə planlaşması)
- Andropauza (kişi cinsi funksiyasının fizioloji sönməsi)
B.S.T (Beynəlxalq Səhiyyə Təşkilatı) nın fikrincə andrologiya-kişi repreduktiv sağlamlığı ilə məşğul olan təbabət elmidir. Kişilərin repraduktiv sağlamlığı dedikdə fiziki, psixo-emosional və sosial sağlamlıq nəzərdə tutulur.Androloq birbaşa kişi sonsuzluğu ilə məşğuldur.Andrologiya dünyanın bir neçə ölkəsində (Fransa, İtalya, Ukrayna,, Misir və.s.) elm kimi öyrənilir. Avrasiya Klinikası sizə bu elmi yenilikləri tətbiq edərək androloji problemlərinizi qısa zamanda aradan qaldırmağı təklif edir