Xəbərlər
Sidik qaçırma
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması.
Növləri
- Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması.
- Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama.
- Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması
- Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir.
- Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.)
Diaqnostika
Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər:
- Sidik gündəliyi (günlüyü)
- Pambıqlı bez sınağı
- Öskürək sınağı
- Sidiyə gedəndən sonra qalıq sidiyin ölçülməsi
- Sistoskopiya
- Urodinamik sınaqlar
Müalicə
Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır:
- gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə
- dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və ya cərrahi müdaxilə
- qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə
- daşma tipli sidik qaçırması - kateter
- funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi.