Xəbərlər
Fizioterapiya
Avrasiya Klinkasının Fizioterapiya şöbəsində aparılan müalicə üsullarına müasir dövrümüzdə çox böyük tələbat vardır. Fizioterapiya təbii və süni yaradılmış fiziki faktorların müalicə-profilaktika və tibbi-reabilitasiya məqsədilə tətbiqinə dair bir elmdir.
Bu müalicə orqanizmə sedativ, analgetik, tonuslaşdırıcı, iltihabəleyhinə, sensibilyasiyaedici, desensibilyasiyaedici, spazmolitik təsir edir, təbii və spesifik immunitetin yüksəldilməsi, orqanizmdə bir çox bioloji aktiv maddələrin əmələ gəlməsinə kömək edir, bakteriostatik təsir göstərir.
Kompleks müalicə alanlarda xroniki xəstəliyin kəskinləşməsində, müxtəlif travmalarda, funksion pozulmalarda fizioterapevtik müalicə əvəzedilməzdir. Hazırda fizioterapiya şöbəsində Amplipuls, Elektrostimulyasiya, Maqnito Terapiya, Lazeroterapiya, Darsonval, Solyuks, Kvas (soyuq kvas), İnqalyasiya, miostimulyasiya, vibro masaj, infraqirmizi (dalğalı masaj), Vitofan-vibroakustik müalicə və s. xəstəliklər müalicə olunur.