Xəbərlər
Həkim-terapevt
Həkim terapevtin ümumilikdə vəzifəsi daxili xəstəliklərin öyrənilməsidir. Bu sənət sahəsi qədim dövrlərdən meydana gəlmiş və ara həkimləri tərəfindən yerinə yetirilmişdir.
Terapevtik xəstəliklərə daxili orqanların müxtəlif patologiyaları aiddir.
Bu sənət sahəsi praktik olaraq orqanizmin bütün xəstəliklərini, o cümlədən, tənəffüs ürək qan-damar sistemi xəstəliklərini əhatə edir. Tibbin digər sahələri isə zaman-zaman terapiyadan bəhrələnərək ayrılmışdır. Yüksək ixtisaslı həkim-terapevt təbabətin müxtəlif sahələri barədə geniş biliyə malik olmalıdır ki, ona müraciət edən xəstələrin problemlərini düzgün başa düşərək kompleks tədbirləri həyata keçirsin. Lazım gələrsə onları ixtisas mütəxəssisinin məsləhətinə göndərsin.
Xəstələrin ilkin olaraq həkim-terapevtə müraciət etməsi və onun tərəfindən lazımi müayinələrdən keçirməsi xəstəliklərin səbəbinin vaxtında aşkarlanmasına və diaqnozun düzgün qoyulmasına gətirib çıxardır.
Terapevt müasir təbabətin aparıcı fiquralarındandır, əksər hallarda xəstələr ilkin olaraq terapevtə müraciət edir. Ona görədə bu sahə həkimləri mütəmadi olaraq müxtəlif yaş qruplu, müxtəlif patologiyalı, müxtəlif şikayətli xəstələrlə rastlaşır.