Xəbərlər
Latent (Gizli) diabet
İnsan orqanizmi üçün ən təhlükəli hallardan biri latent yəni, gizli şəkərli diabet xəstəliyidir. Bu zaman diabet simptomları gizli inkişaf edir, adi şəkər müayinələri zamanı qanda şəkərin səviyyəsi normal olur. Lakin bədən çəkisinin artması, hamiləlik, müxtəlif stress hallari kimi vəziyyətlərdə xəstəlik aşkar formaya keçir.
Adi şəkər testi xəstəliyi aşkar etməyə imkan vermir; latent diabeti yalniz xüsusi müayinə və testlərlə müəyyənləşdirmək olur. Latent diabet zamanı miokard infarktı və beyin qansızmasından ölüm riski bir neçə dəfə artmış olur. Hər 10 nəfərdən birində isə nevroloji problemlər və göz dibinin diabetlə bağlı dəyişməsindən yaranan çox ciddi görmə problemləri müşahidə olunur.
Belə bir təhlükədən orqanizmi qorumağın ən düzgün yolu latent diabeti aşkarlamağa imkan verən müayinədən keçməkdir. Vaxtında qoyulmuş diaqnoz xəstəliyin uğurlu müalicəsinə imkan verir.
Latent diabetin inkişaf etməsi ilə bağlı risk faktorlari:
- İrsi meyllilik.
- 4,5kq-dan artıq çəkili uşaq doğmuş qadınlar
- Piylənmə, hipertoniya və podaqra xəstəliyi olan şəxslər.
- Qaraciyər, öd yolları və mədəaltı vəzi xəstəlikləri.
- Qeyri-müəyyən mənşəli neyropatiyalar.
- Spontan hipoqlikemiya (qanda şəkərin kəskin enməsi) halları olan şəxslər.
- Uzun müddət hormonal preparatlar qəbul etmiş şəxslər.
- 60-dan yuxarı yaş qrupu. və. s.