Xəbərlər
Diabetlərdə göbələk xəstəlikləri
Göbələk xəstəlikləri birinci növbədə dərini və dırnaqları zədələyir. Onlardan ən çox rast gələni pəncə dirnağını zədələyən mikozdur. Çox təəssüf ki, biz öz dırnaqlarımıza və dərimizə bizi üzgüçülük hovuzuna buraxmayanda, bizlə görüşəndə əl uzatmayanda fikir verməyə başlayırıq.
“Nə baş verir?“ deyə özünüzə sual verirsiniz və dərinizə, dırnaqlarınıza baxırsınız, görürsünüz ki, sizin dırnaqlarınız (çox vaxtı ayağınızın baş və çeçələ barmaqları) ciddi dəyişikliklərə məruz qalıb. Əgər dırnaqlarınızın üzərində uzununa ağımtıl-sarı xətlər yaranıbsa proses artıq başlayıb. Lap gec mərhələlərdə dırnağın rənginin, formasının və strukturunun dəyişilməsini müşahidə etmək olar: onların səthi düz olmur, strukturu-yumşaq, rəngi-sarımtıl-boz və dırnaqlar ovxalanmağa başlayır, sonra isə dırnaq lojasından qopur.
Pəncələrin rəngi dəyişməyə başlayır, onun qabığı soyulur, qirmizimtil rəng alır, ayaq barmaqlarının arasında çatlar əmələ gəlir və bu qaşınma, yeriyəndə xoşagəlməz hisslər yaradır. Yaz-yay fəsillərində pəncələrdə dərinin vəziyyəti pisləşir, bir müddətdən sonra isə xırda qovuqlar yaranır, bunlar tədricən iri qovuqlara çevrilirlər.
Dərinin bu cür vəziyyəti orqanizmin ümumi vəziyyətinə təsir göstərir: temperaturun yüksəlməsinə, zəifliyə, əzginliyə, qasıq limfa vəzilərinin böyüməsinə səbəb olur.
Bəzən yaranan qovuqcuqlar ağimtil çalar alır və bu o deməkdir ki, sizin problemlərinin üstünə biri də-infeksiya da əlavə olundu. 5-7 gün ərzində qovuqlar açılır və təcili müalicə tələb edən qırmızı eroziyalar yaradır. Digər bir göbələk xəstəliyi dərininin qizarması, yüksək qurumasi və qabiq vermə ilə xarakterizə olunur. Bu proses pəncənin alt tərəfindən yan tərəfə yayilir. Qirmizi, şişmiş dərinin fonunda tökülmüş una bənzər yüksək qabıq vermə və ağrıyan çatlar yaranır. Sonra əl barmaqları və dırnaqlar zədələnir.
Bu tipik göbələk xəstəliyinin təsviri idi və sözsüz ki buna tək diabetiklər tutulmur. Lakin diabet xəstəliyində qan dövranının ayaqlarda və pəncələrdə pozulmasına görə göbələk xəstəliyinə meyllilik yüksək olur. Qanda şəkər yüksək olduqda o, tək sidiklə yox, tərlə də ifraz olunur, nəticədə pəncələrdə və barmaqların aralarında şəkərlə zəngin isti nəm mühit yaranir. Buda infeksiyaların yaranması və inkişaf etməsi üçün ideal yerdir. Bu xəstəliyin yaranmasının mümkünlüyü sağlam insanlardan fərqli olaraq diabetiklər üçün daha çoxdur və buna görə lazım olan ehtiyat tədbirləri görmək lazımdır.