Xəbərlər

Maqnit Rezonans Tomoqrafiya

Maqnit rezonans tomoqrafiya (MRT) - bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MRT insan bədəninin bütün daxili orqanları müayinə etməyə imkan verir.

Maqnit Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnitik sahəsi olan bir silindrin içinə yatırılır. Bədəndəki hidrogen atomlarına enerji verməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompüter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağıza köçürmək mümkündür. MRT müayinəsi 20-40 dəqiqə arasında tamamlanır. MRT sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsində istifadə olunur.

MRT vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunu və onurğa beyni, döş qəfəsi orqanları, qarın boşluğu orqanları, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalarda meydana gələn dəyişiklikləri aşkar etmək olar.

Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, xəstə şüalanmaya məruz qalmır. Alınan təsvir daha aydın və diaqnostik cəhətdən əlverişli sayılır.