Xəbərlər
Laparoskopik xolesistektomiya
Laparoskopik xolesistektomiya əməliyyatı ümumi narkoz altında aparılır, yəni xəstə yatır və heç bir ağrı hiss etmir. Qarın divarında 0.5-1 sm uzunluğunda 4 kəsik aparılır. Bu kəsiklərdən qarın boşluğuna troakarlar daxil olur. Troakarlar boruya bənzəyir və onların içi ilə əməliyyat zamanı istifadə olunan alətlər daxil olunur. Troakarlardan biri ilə optik sistemin bir hissəsi qarın boşluğuna daxil olunur. Bu sistem monitor vasitəsi ilə qarın boşluğunda baş verən hadisələri izləməyə imkan verir. Cərrah alətləri troakarlar vasitəsi ilə qarın boşluğuna salır və monitora baxaraq əməliyyatı həyata keçirir .
Klinikamızda tam steril şəraitdə professor cərrahlarımız tərəfindən həyata keçirilən laparoskopik xolesistektomiya əməliyyatını sizə yalnız dekabr ayi üçün cəmi 650 AZN təklif edirik!