Xəbərlər

Fibroscan cihazı

Qaraciyər toxumasının qeyri-invaziv, yəni pasient üçün tamamilə təhlükəsiz müayinəsidir. Bu cihaz vasitəsilə aparılan müayinə - Elastimetriya adlanır. Müayinə nəticəsində qaraciyər toxumasının fibrozlaşma dərəcəsi təyin olunur. Fibroz-normal toxumanın birləşdirici toxuma ilə əvəz olunmasıdır. Xüsusi olaraq, xəstəni hazırlamadan çox qısa müddətdə müayinə aparılır. Pasient USM müayinədəki kimi uzanır və 5-15 dəq. müddətində heç bir ağrı olmadan, zədəsiz Elastimetriya təyin edilir.

Bu müayinə yalnız viruslu hepatitə yoluxan pasientlərə deyil, eyni zamanda alkoqol hepatitlərdə, diabetli xəstələrə, artıq çəkidən əziyyət çəkən insanlara, uzun müddətli dərman qəbul edən və avtoimmun problemi olan xəstələrə də mütləq şəkildə təyin edilməlidir.

Artıq bu müayinə Avrasiya Klinikasında da uğurla həyata keçiriləcək