Xəbərlər

Hepatit C ilə yoluxma

Virus qaraciyərdə və qanda tapılar. Əsas bulaşma yolu qanladır. Məsələn, iki adam eyni iynəni istifadə etsələr yoluxma ola bilər. Bunun ən məşhur şəkli narkotik istifadəsidir. Digər bir yoluxma yolu qan nəqlidir. Bir adama, Hepatit C virusu daşıyan bir adamın qanının verilməsi kimi. İndiki vaxtda edilən testlər ilə bu artıq tamamilə qeyri-mümkün kimidir. Ancaq, 1990-cı iln əvvəli xəstəlik bilinmədiyindən, və diaqnoz testləri olmadığından, bu dövrdə edilən qan nəqlləri risk daşıya bilərdi. Virus tüpürcək, sidik, semen kimi bədən mayelərində tapılmaz. Bu səbəblə cinsi əlaqə əsnasında bulaşma nadirdir.

Bədən mayelərində virus olması üçün bu mayelərə bir şəkildə qan qarışması lazımdır (Məsələn: diş ətində qanama...). Virus mensturasiya qanında olur. Bu dövrdə olan cinsi əlaqə yoluxma baxımından risklidir (qanın açıq bir yaraya bulaşması ilə). Eyni iynə istifadə edilərək edilən peyvəndlər, döymə və s. kimi əməliyyatlar yoluxucu ola bilər. Eyni təraş bıçağı və diş fırçasını istifadə etmək, bunların qan ilə təmas etməsi ehtimalı səbəbi ilə yoluxucu ola bilər.

Hepatit C əlamətləri ürək bulanması, aşağı səviyyədə tempratur, qarın bölgəsi və qaraciyərin virus olan qisminin zəifliyi və həssaslığı, tədricən görünən sarılıq, qusma və halsızlıq şəklindədir. Bu əlamətlər atipik olduğu qədər, əvvəl də deyildiyi kimi xəstəlik fakto- runun alınmasından çox uzun zaman sonra da ortaya çıxa bilir. Cinsi yolla Hepatitin ötürülmə riski cəmi 5%-dir. Hepatit C -də hazırlayıcı faktorlar yəni Hepatit C infeksiyasına uyğun hala gəlmə- sinə səbəb olan faktorlar aşağıdakılardır.

• Çox və davamlı heyvani mənşəli zülal və yağ qəbulu,
• Spirt istifadəsi,
• Siqaret istifadəsi,
• Qeyri-kafi tərəvəz və meyvə istehlakı,
• Qida və fərdi gigiyenaya diqqət edilməməsi.

Hepatit C əgər müalicə edilməzsə sirroz, qaraciyər xərçəngi və ölümə səbəb olar.