Xəbərlər

Ginekoloq Dr. Naira Qarabalova

Ginekoloq Dr. Naira Qarabalova

Qadınlarda sonsuzluğa nə səbəb olur?

Müəyyən bir müddət qorumasız və davamlı cinsi əlaqədə olmasına baxmayaraq hamilə qala bilməyən qadınlar dərhal özlərinə “Mən sonsuzammı? ..” sualını verirlər. Sonsuzluq bəzi qadınlarda heç bir əlamətlə özünü büruzə vermir. “Necə bilə bilərəm ki, sonsuzam?”sualının cavabını tapmaq üçün bəzi əlamətləri izləmək faydalı ola bilər. Reproduktiv yaşda olan qadınlarda nizamsız zaman aralıqları ilə baş verən menstrual qanaxmalar ən bariz əlamətdir. İki menstrual dövr arasında müddətin 21 gündən az və ya 35 gündən çox olması yumurtlama dövründə problem olduğunu göstərir. Çox az və ya çox miqdarda qanaxma da problemin olduğunu göstərir.

Bundan əlavə, qadının dərisində həddindən artıq sızanaqların olması, həddindən artıq tüklənmə, saç tökülməsi, çəkinin sürətlə azalması və ya düşməsi, cinsi əlaqə zamanı şiddətli ağrı da sonsuzluq əlamətləri olaraq qəbul edilə bilər. Laktasiya dövründə olmadığı halda qadının döşündən südün gəlməsi sonsuzluq əlaməti ola bilər, çünki bu, prolaktin hormonunun artıqlığını göstərir. Bu əlamətlərdən birini və ya bir neçəsini müşahidə edən və “Qadın sonsuzluğunun səbəbləri nələrdir?” sualına daha ətraflı cavab axtaran qadınlar həkimə müraciət etməlidir.

Bizimlə əlaqə üçün:
Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 12 563 00 25