Kardiologiya

Kardiologiya – tibbin ürək-damar sisteminin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir.
İnkişaf etmiş ölkələrin əhalisinin əlillik və erkən ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri ön sırada durur, ölüm hallarının strukturunda isə bu xəstəliklərin payına 60% düşür.
Ürək-damar sistemi xəstəliklərinin diaqnozu anamnez, xəstənin həkim tərəfindən müayinə olunması və laborator-instrumental müayinə üsullarının köməyi ilə qoyulur.
Müasir qeyri-invaziv (toxuma bütövlüyü pozulmadan və hər hansı bir infeksiyaya yoluxma riski olmadan) üsullar, eləcə də rentgenoloji və radioizotop müayinə üsulları, maqnit-rezonans tomoqrafiyası, exokardioqrafiya və ənənəvi elektrokardioqrafiya çox informativdir. Bununla belə, bəzən xüsusi göstərişlər olarsa invaziv manipulyasiyalar – damarların və ürək boşluqlarının katoterizasiyası, angiokardioqrafiya yerinə yetirilir.
- EKQ ( Elektrokardioqrafiya)
- EXOKQ ( Exokardioqrafiya)
- Fetal EXOKQ (dölün bətndaxili ürək-damar sisteminin müayinəsi)
- Tredmil-stress test
- Holter Monitorizasiya
Adı, soyadı | Otaq №-si | |
---|---|---|
![]() |
Dr. Adil Axundov | |
![]() |
Dr. Sevinc Əfəndiyeva | |
![]() |
T.e.n Dr. Əmir Qurbanov |