Anesteziologiya və Reanimasiya

Anezteziologiya və reanimasiya bölümü  bütün növ cərrahi əməliyyatlar üçün istənilən yaş qrupunda olan pasientlərə əməliyyat öncəsi tibbi dəyərləndirmə, əməliyyat sırasında və sonrasında pasientin ağrıkəsici müalicəsi və anestiziyası ilə məşğul olur.

Anesteziologiya

4 əməliyyatxanası olan Hospitalımızda icra olunan bütün əməliyyatlar yüksək səviyyəli anestezioloji xidmət ilə təmin olunur. Əməliyyatxanalarımız dünya tibb elminin son tələblərinə cavab verən anesteziya cihazları və monitorlarla təhciz olunmuşdur. DRAGER firmasının istesalı olan FABİUS anesteziya cihazları ilə "high -flow" və " low-low"  anestiziyası mümkündür.Bu sistem pasientlərin çəkisinə, döş qəfəsi quruluşuna, ağciyərlərinin funksional vəziyyətinə uyğun tənəffüs parametrləri seçərək müxtəlif rejimlərdə ağciyərlərin süni ventilyasiyası ilə anesteziyanı təmin edir. Bu aparatların yüksək həssaslı "alarm" sistemi hər hansı bir dəyişikliyi anında bildirir və bir sıra ağırlaşmaların qarşısını vaxtında almaq mümkün olur.

 Hospitalımızda keçirilən əməliyyatlar zamanı pasientin həyatı göstəriciləri müasir və çoxfunksiyalı manitorlar vasitəsi ilə daimi nəzarətdə saxlanılır. Bu monitorlar vasitəsi ilə eyni anda pasientin invaziv və qeyri-invaziv arterial təzyiqi, elektrokardioqramması, hərarəti, nəbzi, qanın oksigenlə təchizatı - SpO2, PCO2 və s. haqqında informasiya almaq mümkündür ki, bu da baş verə biləcək ağırlaşmaların qarşısını almağa, anesteziya riskini azaltmağa kömək edir.

Reanimasiya və intensiv terapiya

Hospitalımızın Reanimasiyası 5 funksional çarpayı üçün nəzərdə tutulmuşdur. Reanimasiya bölümündə cərrahi əməliyyatdan sonrakı pasientlər, eyni zamanda müxtəlif ürək-damar, həzm, tənəffüs, sidik-ifrazat sisteminin ağır xəstəlikləri və poliorqan çatmamamazlığı ilə daxil olan pasientlərə nəzarət və müalicə xidmətləri göstərilir. Müasir çoxfunksiyalı monitorlar hər bir pasientin əsas həyatı funksiyalarını daimi nəzarətdə saxlamağa imkan verir. Monitorların funksiyalarına arterial təzyiqin invaziv və qeyri-invaziv metodlarla ölçülməsi, nəbz mərkəzi venoz təzyiqi, kapnoqrafiya, bədən temperaturu, pulsoksimetriya (hemoqlobinin oksigenlə doyma dərəcəsi0, EKQ monitorinqi, və s. daxildir. Reanimasiya bölümü  pasientlərə süni və köməkçi ventilyasiyasının aparılması üçün DRAGER EVİTA ventilyatorları ilə təhciz olunmuşdur. Bu cihazlar hər bir pasientin vəziyyətinə uyğun olaraq İPPV, VC, PC, SİMV+VS, CPAP, BİPAP rejimlərindəventilyasiyasına imkan verirki, buda ağ ciyərin funksiyasını tamamlayır, baş vermiş xəstəliyin qarşısını alınmasında yardım və pasientin öz tənəffüs funksiyasının bərpasına kömək olur.. Ağır və kritik vəziyyətdə olan pasientlərin infuzion terapiyasını və dərman maddələrinin pasientin çəkisinə uyğun dozada yeridilməsi xüsusi Becton Dickinson İnfusion Systems perfuzor aparatlarının vasitəsi ilə aparılır.

Adı, soyadı Otaq №-si
Dr. Nicat Nağdalıyev
Xahiş edirik (*) nişanlı xənələri düzgün doldurun!