Dermatovenerologiya

Dəri–insan orqanizminin güzgüsüdür...

Dermatovenerologiya - dəri, selikli qişa, tüklər və dırnaqların quruluşunu və funksiyasını, həmçinin dəri xəstəliklərinin diaqnostikasını və müalicəsini öyrənən, kliniki təbabətin bir sahəsidir.

Dəri xəstəlikləri geniş yayılıb. Həkimə ambulator müraciətlərin 15%-ni məhz dəri xəstəlikləri ilə bağlı şikayətlər təşkil edir. Dəri xəstəliklərinin bir hissəsi keçicidir, yəni bir insandan digərinə yoluxa bilir. Dəri xəstəliklərinə çox yayılmış dermatitlər, ekzemalar, civzələr, herpes, psoriaz, dərinin göbələk xəstəlikləri, və s. aiddir. Həmçinin zöhrəvi xəstəliklər aiddir.

Dermatovenerologiya bölümündə aşağıda adları göstərilən dəri-zöhrəvi xəstəliklərin müasir müayinə və müalicə metodları tətbiq olunur.

  • Allergik dermatit və dermatozlar
  • Ekzema
  • Psoriaz
  • Demodekoz,
  • Müxtəlif etiologiyalı dəmrovlar
  • Acne vulqaris,
  • Ocaqlı alopesiyalar
  • Döyənəklər
  • Dərinin,dırnağın və saçların göbələk xəstəlikləri
  • Cinsi  yolla yoluxan zöhrəvi xəstəliklər - xlamidiya, mikoplazma, ureaplazma, qonoreya, trixomoniaz və s.
  • Genital Herpes
  • Viruslu ziyillər (kondilomalar)
  • Ət xallar - papilloma, epitelioma, bazalioma və s. dəri törəmələrinin kriodestruksiya üsulu ilə ağrısız, fəsadsız götürülməsi müvəffəqiyyətlə tətbiq olunur.
Adı, soyadı Otaq №-si
Dr. Qasım Qasımov
Xahiş edirik (*) nişanlı xənələri düzgün doldurun!