Travmatologiya və Ortopediya

Avrasiya Klinikasının travmatologiya və ortopediya şöbəsində dayaq-hərəkət sistemi xəstəliklərinin kompleks müayinəsi, konservativ və operativ müalicəsi aparılır.

Ən yeni diaqnostik və endovideocərrahi avadanlıqlar müxtəlif spektrli xəstəliklərin vaxtında və dəqiq diaqnozunun qoyulmasına imkan verir. 

Ümumi diaqnostika

  • MRT (maqnit rezonans tomografiyası)
  • KT (kompüter tomografiyası)
  • Sintigrafiya (sümük şişlərində metastazların dəyərləndrilməsi)
  • Densitometriya (sümüklərdə osteoparozun dəyərləndirilməsi)
  • Rentgen müayinə

Artroskopik diaqnostika və cərrahi əməlliyatlar

  • Dizdə artroskopik meniskektomiya (bərpası mümkün olmayan menisklərin artroskopik üsulla çıxarılması)
  • Artroskopik menisk yırtıqların bərpası
  • Artroskopik oynaqdaxili yad cisimlərin çıxarılması və bağların təmiri
  • Artroskopik osteonekrozların (oynaq qığırdağı zədələnmələri) təmizlənməsi və qığırdaq köçürülməsi
  • Topuq və dirsək oynaqlarının artroskopiyası
  • Ağır və fəsadlaşmış sınıqların qapalı-malinvaziv və açıq üsullarla cərrahi müalicəsi
  • Metal lövhə, qapalı intramedulyar sistem və xaricdən fiksatorlarla osteosintez (sümük tamlığının bərpası) usulları
  • Osteoporozun (sümük kütləsinin azalması) diaqnostika və müalicəsi
  • Artrozların (oynaqların duzlaşması) konservativ və cərrahi müalicəsi
  • Oynaqların (bud-çanaq, diz, çiyin, dirsək) endoprotezlərlə (süni oynaqlarla) əvəz edilməsi
  • Vertebral cərrahiyə (fəqərə sınıqları, skalioz və kifozların cərrahi müalicəsi)
  • Əl cərrahiyyəsi
  • Bərpaedici vətər və sinir əməliyyatları
  • Ətraflarda kəsilmiş hissələrin bərpası
  • Müxtəlif lokalizasiyalı sümük şişlərinin radikal çıxarılması
  • Sümüklərin uzadılması əməliyyatları
  • Uşaqlarda anadangəlmə bud-çanaq oynağı çıxıqlarının konservativ və cərrahi üsullarla müalicəsi
  • Ətraflarda deformasiya və qüsurların cərrahi müalicəsi
Adı, soyadı Otaq №-si
Ali dərəcəli Dr. Aqil İsgəndərov
Xahiş edirik (*) nişanlı xənələri düzgün doldurun!