Nevrologiya

Nevrologiya və ya nevropatologiya — mərkəzi və periferik əsəb sisteminin xəstəliklərinin yaranma məsələləriylə məşğul olan, həmçinin onların inkişaf mexanizmini, simptomatikasının və diaqnostikasının, müalicə və ya profilaktikasının mümkün üsullarını araşdıran tibb bölməsidir.

“Avrasiya” klinikasının həkimləri növbəti nevroloji xəstəlikləri müvəffəqiyyətlə müalicə edirlər:

  • Sinir toxumasının iltihabi xəstəlikləri (polimiozitlər, nevritlər və onların nəticələri)
  • Beyinin damar xəstəlikləri, serebro-vaskulyar xəstəlik (keçirdilmiş insultların, işemik xəstəliyin nəticələri)
  • Vestibulyar pozulmalar
  • Əsəb sisteminin degenerativ xəstəlikləri (Alsheymer xəstəliyi, Parkinson xəstəliyi, Qocalıq demensiyası)
  • Posttravmatik vəziyyətlər
  • Epizodik və paroksizmal pozulmalar (miqren, yuxu pozuntusu, epilepsiya)
  • Veqetativ damar distoniyası
  • Onurğa patologiyaları (osteoxondroz, kök sindromları, nevralgiyalar, radikulitlər, skoliozlar)

Əsəb sisteminin başqa xəstəlikləri də bizim klinikamızda müalicə edilirlər.

Bizim klinikanın nevroloq həkimləri xəstəliyi hətta ilk mərhələlərdə aşkar edirlər, bu da xəstəliyin inkişafının qarşısını almağa və optimal müalicəni seçməyə imkan verir.  “Avrasiya”klinikasında keyfiyyətli diaqnostika üçün ultrasəs, rentgen, kompüter tomoqrafiyası, elektroensefaloqrafiya, laboratoriya tədqiqatları istifadə olunurlar.

Ağrılar olduğu halda birinci konsultasiyada nevropatoloq uyğun tövsiyələr verəcək, ağrının aradan qaldırmaq məqsədi ilə blokada edəcək.

Dəqiq diaqnozun qoyulmasından sonra həkim-nevroloq sadəcə effektiv medikomentoz müalicə deyil, həm də müalicəvi bədən tərbiyyəsi daxil olmaqla, ümumi tövsiyələr verəcək. Bundan başqa, nevroloji xəstəliklərin müalicəsi kompleksində fizioterapevtik metodlar fəal istifadə olunur.

Əgər Siz bəzən də olsa özünüzdə növbəti halları müşahidə edirsinizsə, nevropatoloq konsultasiya və tibbi yardıma görə müraciət etməyinizi məsləhət görür:

  • koordinasiya pozulmaları;
  • başgicəllənmələr;
  • baş ağrıları və kəllənin üz hissəsində ağrılar;
  • onurğa sütununda ağrılar (boyun, bel və döş bölmələrində);
  • əzələ zəifliyini;
  • qıcolmalar və əl-ayağın titrəməsi;
  • dəri örtüyünün həssaslığının dəyişikliyi;
  • iştahanın və yuxunun pozulmaları;
  • nitqin pozulması;
  • yaddaşın zəifləməsi, oxuma və hesablamanın pozulması, və s.

Bu simptomlar Sizdə periferik və ya mərkəzi əsəb sisteminin zədələnməsinin göstəricisi ola bilər."Avrasiya" klinikası bu problemlərin effektiv həllini təklif edir.

Yuxarıda sadalanmış şikayətlərdən başqa, nevroloqun konsultasiyası növbəti xəstəliklər zamanı lazım ola bilər:

  • Ürəyin və damarların: ÜİX, aorta anevrizmi, anadangəlmə və alınmış ürək qüsurları kimi xəstəliklərin nəticəsi olaraq beyinin oksigen və qidalı maddələrlə kifayət qədər təchiz olunmaması
  • Xroniki qastrit, mədə və onikibarmaq bağırsağın xorası, pankreatit, öd daşı xəstəliyi, xolesistit və hepatit kimi həzm orqanlarının xəstəlikləri zamanı zülallar, vitaminlər, piylər, karbohidratlar və mikroelementlərin sorulma proseslərinin pozuntusu
  • Böyrək daşı xəstəliyi, xroniki nefrit, pielonefrit kimi böyrək xəstəlikləri nəticəsində su-elektrolit və zülal mübadiləsinin pozulması
  • Xroniki bronxit, tənəffüs çatışmazlığı, pnevmoniya, emboliya və ağciyər arteriyasının trombozu kimi ağciyər xəstəlikləri zamanı
  • Qan xəstəlikləri zamanı: B12-çatışmazlığıyla qanazlığı
  • Tireotoksikoz, hipotireoz  kimi qalxanvarı vəzinin xəstəlikləri zamanı
  • Qadınlara klimaks dövründə
Xahiş edirik (*) nişanlı xənələri düzgün doldurun!