Diaqnostika

EEQ - elektroensofaloqramma müayinə metodu olub nevrologiyada geniş tətbiq olunur. Böyük beyin yarımkürələri biotokların köməyi ilə qıcıqlandırılır və müxtəlif yazı əyrilikləri, xüsusi aparat vasitəsi ilə kompüterə köçürülür. Bu aparat elektrensofaloqraf adlanır. EEQ-nin köməyi ilə nevrologiyada bir çox xəstəliklərə diaqnoz qoyulur ki, bu da müalicədə çox əhəmiyyətlidir. Bu metod vasitəsi ilə damar patologiyaları, iltihabi proseslər, beyin travmaları, travmadan sonra kı çapıqlar, çapıqların törətdiyi fəsadlar və nəhayət həcimli proseslər tam dəqiqliyi ilə təsvir olunur. EEQ-dən ən çox epilepsiya xəstəliklərinin diaqnozunda istifadə olunur. Ən vacibi isə beyindəki həcimli proseslərin diaqnostikasıdır ki, bu diaqnozun erkən qoyulması xəstəliyin vaxtında aşkar olunub müalicə edilməsinə imkan yaradır.

EXO-KQ aparatı vasitəsilə ürəyin anatomik quruluşu və qapaq aparatı, ürək əzələsinin vəziyyəti, qanın kameralarda hərəkəti, sistolik və diastolik funksiyalar, perikard boşluğunun vəziyyəti haqqında çox dəqiq məlumatlar əldə etmək mümkündür. Klinikada ultrasəs diaqnostikası mərkəzində və qeyri-invaziv kardiologiya mərkəzində aparılan EXO-KQ zamanı məlum olur ki, istər anadangəlmə, istərsə də qazanılmış ürək qüsurları təsadüfi müayinə zamanı aşkara çıxarılır. Bu müayinə üsulundan istifadə etməklə xəstəliyin vaxtında aşkar edilməsi ilə yanaşı ağırlaşmaların da qarşısını almaq mümkündür.


Xahiş edirik (*) nişanlı xənələri düzgün doldurun!